AZ

Qurban Qurbanovun xoşuna gələn hücumçudan SON XƏBƏR

20 yaşadək futbolçulardan ibarət millinin təlim-məşq toplanışından kənarda qalan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun durumuna aydınlıq gəlib.

Bu ilin yanvarından bəri adı dillərdə dolaşan, Qurban Qurbanov tərəfindən əsas komandaya cəlb edilən, U-17 yığmasına da çağırılan yeniyetmənin ayaq əzələlərində xırda yırtıqlar var.

Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Adıçəkilən yeniyetmənin üzləşdiyi problem fiziki yüklənməs ilə bağlıdır. Belə ki, Bəşirov son bir neçə ay ərzində sıx qrafiklə meydana çıxdığından, bədəni bu ağırlığa dözməyib.

Əliyə ikihəftəlik müalicə təyin olunub. Ayaq əzələlərində xırda yırtıqlar var.

Fizioterapiya müalicəsi ilə keçəcək. 15 yaşlı vinger yaxın zamanda yaşıl meydanlara qayıdacaq.

SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr