Şimali Koreya şərq istiqamətində naməlum tipli ballistik raket buraxıb.
Oxu.Az “Yonhap” agentliyinə istinadə xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, raket Koreya yarımadasının şərqinə, Yapon dənizi istiqamətinə doğru buraxılıb. Raketin uçuş məsafəsi və digər texniki xüsusiyyətləri ilə bağlı məlumat verilmir.
Qeyd olunur ki, son raket buraxılışı regionda gərginliyin artması fonunda baş verib. Cənubi Koreya və Yaponiya vəziyyəti yaxından izlədiklərini bildiriblər.