AZ

KİV: Səudiyyə Ərəbistanı mövqeyini bir neçə dəfə dəyişib

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri cümə günü Antalyada keçirilən diplomatik konfrans çərçivəsində ABŞ və İran arasında atəşkəs razılaşmasını müzakirə etmək üçün bir araya gəliblər.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "Axios" saytı məlumat yayıb.

"Bu, müharibənin başlanğıcından bəri keçirilən üçüncü belə dördtərəfli görüşdür. Pakistan aparıcı vasitəçi kimi çıxış etsə də, Misir və Türkiyə danışıqların pərdəarxası prosesində mühüm rol oynayırlar. Dördlük Fars körfəzinin ən güclü ölkəsi olan, Tramp administrasiyası üzərində əhəmiyyətli təsirə malik və gələcək sülh müqaviləsində əsas maraqlı tərəf olan Səudiyyə Ərəbistanını razı salmaq istəyir. ABŞ rəsmiləri deyirlər ki, Səudiyyə Ərəbistanı müharibə ilə bağlı mövqeyini dəfələrlə dəyişib, açıq və gizli şəkildə fərqli mövqelər ortaya qoyub. Müharibədən əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri diplomatiyanı dəstəklədiklərini açıq şəkildə bildiriblər, eyni zamanda ABŞ-nin hərbi əməliyyatlarına çağırış ediblər" - deyə, məlumatda qeyd olunur.

"Axios" yazır ki, hətta son günlərdə Səudiyyə Ərəbistanı ABŞ rəsmilərinə İran rejim kifayət qədər zəifləyənə qədər müharibəni davam etdirməsini istəyib: "Səudiyyə Ərəbistanı vasitəçilərə razılaşmanı dəstəklədiklərini və müharibənin bitməsini istədiklərini bildirib, çünki müharibə zamanı onların neft və enerji infrastrukturu zədələnib. Müharibə davam edərsə, Səudiyyə Ərəbistanı daha çox zərər görə bilərdi".(teleqraf)

Seçilən
7
4
hakimiyyet.az

5Mənbələr