AZ

Pivə dayanır, ət azalır – Hörmüz böhranı bu ölkəni çıxılmaz duruma saldı

Britaniyada İran ətrafında müharibənin uzanması və Hörmüz boğazının blokadası fonunda ərzaq və içki qıtlığı riski ilə bağlı hazırlıqlara başlanıb. Musavat.com xəbər verir ki, ölkə hökuməti mümkün təchizat böhranı halında ərzaq və içki çatışmazlığının qarşısını almaq üçün fövqəladə tədbirlər planı hazırlayır.

Məlumata görə, boğazın bağlanması ilk növbədə istehsalat üçün vacib olan karbon qazının (CO2) əlçatanlığına təsir göstərə bilər. Bu isə xüsusilə kənd təsərrüfatı və hotel-restoran sektoruna ciddi zərbə vura bilər.

Bildirilir ki, karbon qazı salatların, qablaşdırılmış ətin, un məmulatlarının saxlanma müddətinin uzadılmasında istifadə olunur. Eyni zamanda pivə zavodları üçün də CO2 vacibdir, çünki içkilərin qazlandırılmasında əsas rol oynayır.

Gözlənilən çatışmazlığın kritik səviyyədə olmayacağı qeyd olunsa da, məhsul çeşidinə və təchizat zəncirinə mənfi təsir göstərəcəyi vurğulanır. Mümkün böhranın qarşısını almaq üçün hökumət zavodlardan digər istehsal sahələrini dayandıraraq karbon qazı istehsalını 100 faiz artırmağı tələb edə bilər.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr