AZ

"Belədirsə, deməli, burada mütləq bir problem var"

İtaliyanın “Çezena” klubunun baş məşqçisi Eşli Koul futbolda qaradərili məşqçilərin sayının az olması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, qaradərili keçmiş futbolçuların sayının çox olmasına baxmayaraq, məşqçilik karyerasına yönələnlərin və bu sahədə çalışanların sayının kifayət qədər olmadığını bildirib:

“Qaradərili keçmiş futbolçular çoxdur, amma bu mənada məşqçilərin sayı azdır.

Onlar məşqçi lisenziyası alırlarmı? Bəli, alırlar. Müraciət edirlərmi? Bəli, edirlər.

Bu, açıq görünən bir faktdır. Belədirsə, deməli, burada mütləq bir problem var.

Amma mən tam olaraq bilmədiyim bir mövzu barədə daha çox şərh verə bilmərəm”.

Seçilən
49
sportinfo.az

1Mənbələr