AZ

Keşbeklər azala bilər AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Son dövrlərdə bank sektorunda baş verən dəyişikliklər diqqət mərkəzinə çevrilib. Xüsusilə, gəlirliliyin azalması və problemli kreditlərin artması bu sahədə yeni tendensiyalar formalaşdırır. Mövcud vəziyyət bankların fəaliyyət strategiyasına birbaşa təsir göstərir. Bu dəyişikliklər fonunda maliyyə institutları xərclərin optimallaşdırılmasına daha çox üstünlük verir. Nəticədə isə vətəndaşlara təqdim olunan müxtəlif kampaniya və güzəştlərdə azalma müşahidə olunur.Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, banklar artıq gəlirlilik səviyyəsinin azaldığını və problemli kreditlərin həcminin artdığını müşahidə edir:"Rəsmi statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Bu səbəbdən banklar mümkün qədər xərclərini optimallaşdırmağa çalışır. Xərclərin azaldılması istiqamətində atılan addımlar çərçivəsində kəşbek kimi təşviq mexanizmləri də diqqət mərkəzinə düşür, çünki bu ödənişlər birbaşa bankın vəsaiti hesabına vətəndaşlara təqdim olunur".Ekspert deyib ki, son dövrlərdə bankların keçirdiyi müxtəlif kampaniya və aksiyalarda azalma müşahidə edilir:"Gəlirliliyin aşağı düşməsi fonunda bu cür təşviq tədbirlərinin əvvəlki intensivlikdə davam etdirilməsi banklar üçün daha çətin olur. Mövcud vəziyyət göstərir ki, bu tendensiya yaxın dövrdə də davam edə bilər. Çünki bank sektorunda gəlirlilik azaldıqca və problemli kreditlərin həcmi artdıqca, onların marketinq və təşviq xərclərini daha da məhdudlaşdırması qaçılmaz görünür. Bu isə öz növbəsində, vətəndaşlar üçün təqdim olunan güzəştli təkliflərin və aksiyaların sayına birbaşa təsir edir", - deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
demokrat.az

1Mənbələr