AZ

Florentino Peres Mourinyonun namizədliyini nəzərdən keçirir

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Portuqaliyanın “Benfika” futbol komandasının baş məşqçisi Joze Mourinyonun yenidən Madriddə iş başına keçməsi gündəmdədir. Hazırda “Real”da portuqaliyalı mütəxəssisin namizədliyi ciddi şəkildə müzakirə olunur.

İdman.Biz “Record” nəşrinə istinadla xəbər verir ki, klub prezidenti Florentino Peresin ətrafında Mourinyonun mümkün qayıdışı ilə bağlı müzakirələr aktivləşib.

Gələn həftə rəhbərliyin hazırkı baş məşqçi Alvaro Arbeloa ilə görüşü planlaşdırılır. Məhz bu görüşdən sonra Arbeloanın taleyinə son qoyulacağı və Mourinyo ilə rəsmi danışıqların başlanacağı gözlənilir. Klub əməkdaşları üçün Arbeloanın gedişi heç bir sürpriz olmayacaq.

Hazırda Arbeloanı istefadan yalnız möcüzə xilas edə bilər.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə “Real”ı çalışdırıb. Onun rəhbərliyi dövründə madridlilər İspaniya çempionluğu, ölkə kuboku və superkuboku qazanıblar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
icma.az

1Mənbələr