AZ

Ford bir milyondan çox avtomobilini geri çağırır

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ford" şirkəti ABŞ-də transmissiyanın idarəetmə modulunun proqram təminatı ilə bağlı problemlər səbəbindən təxminən 1,4 milyon "F-150" markalı avtomobilini geri çağıracaq.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Qeyd olunur ki, proqram təminatındakı xəta hərəkət zamanı gözlənilmədən ikinci ötürməyə keçidə səbəb ola bilər. Bu, avtomobil üzərində nəzarətin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxarır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
avtosfer.az

1Mənbələr