AZ

Qara ölüm : Niyə insanlar bu quşun cəhənnəmdən gəldiyini düşünür?

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyanın bir çox yerində "cəhənnəmdən gəlmiş quş”, "qara ölüm” və hətta "balıq terrorçusu” kimi adlarla tanınan kormoran (baklan) ən mübahisəli qəbul edilən quş növlərindən birinə çevrilib. Balıqçılar tərəfindən tez-tez mənfi qarşılanan bu quş, ədəbiyyat və incəsənətdə də uzun illərdir mənfi simvolikaya malikdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” yazır.

Lakin London Kral Kollecinin ingilis dili professoru Qordon Makmallan qeyd edir ki, problem quşun özündə deyil, insanın təbiətə yanaşma tərzindədir: "Baklan insan mədəniyyətində heyvanları ‘yaxşı’ və ‘pis’ kimi ikili kateqoriyalara bölmək meylinin qurbanına çevrilib”.

Tədqiqatçı yeni əsərində "mədəni qərəz və yanlış təsəvvürlər tarixi”ni analiz edərək göstərir ki, bu quşun mənfi reputasiyası qorxu və stereotiplərdən qaynaqlanır.

Baklanın mənfi obrazı klassik ədəbiyyatda da güclənib. Uilyam Şekspirin əsərlərində bu quş tez-tez acgözlük simvolu kimi göstərilib. Con Miltonun "İtirilmiş Cənnət” əsərində isə şeytanın belə bu quşun obrazında təsvir olunduğu qeyd edilir.

Quşun qara rəngi və qanadlarını geniş açaraq dayanma pozası da insanların gözündə onu daha "təhlükəli” və "qorxulu” göstərib.

Ən böyük gərginlik isə balıq ehtiyatları ilə bağlı rəqabətdən yaranır. Balıqçılar baklanları çoxlu balıq yeməkdə günahlandırsa da, elmi araşdırmalar bunu təsdiqləmir — onların qidalanması digər balıq yeyən quşlarla müqayisədə normadan artıq deyil.

Həmçinin bu növün "invaziv” olduğu iddiaları da yanlış sayılır. Əslində, XX əsrdə pestisidlər və ovçuluq səbəbindən azalan populyasiya sonradan bərpa olunub.

Alim vurğulayır ki, insanlar tez-tez təbiəti subyektiv şəkildə dəyərləndirir və bəzi növlərə emosional münasibət formalaşdırırlar. Məsələn, pelikanlar çox vaxt fədakarlıq simvolu kimi qəbul edildiyi halda, baklanlar əsassız olaraq mənfi obrazda təqdim olunur: "Əslində heç bir quş onun haqqında formalaşan təsəvvürə nəzarət edə bilməz”.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
qaynarinfo.az

1Mənbələr