İranın mülki gəmilərin "Larak dəhlizi"ndən (İranın Larak və Qeşm adaları arasındakı sulardan keçən strateji dəniz yolu) keçməsinə icazə verməsi ilə bağlı açıqlamadan sonra bir sıra gəmilər Hörmüz boğazından keçib.
Qaziler.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
Qeyd olunub ki, ABŞ İran gəmiləri və limanlarının dəniz blokadasını ləğv etmədiyi üçün Hörmüz boğazı bu gündən etibarən blokada qaldırılana qədər bağlı olacaq.
"Lakin atəşkəs şərtləri ilə bağlı öhdəliyin pozulması nəticəsində ABŞ İran gəmilərinin və limanlarının dəniz mühasirəsini ləğv etməyib, buna görə də bu gün axşamdan etibarən Hörmüz boğazı bu mühasirə ləğv edilənə qədər bağlanır", - bəyanatda qeyd olunub.
SEPAH heç bir gəminin Fars körfəzi və Oman dənizindəki lövbər yerindən hərəkət etməməsi barədə xəbərdarlıq edib: "Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək və qaydanı pozan gəmi hədəfə alınacaq.
Həmçinin bütün gəmilərə və onların sahiblərinə bildiririk ki, xəbərləri yalnız SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin rəsmi mənbəsindən və 16-cı kanal vasitəsilə izləsinlər. ABŞ Prezidentinin (Donald Tramp – red.) Hörmüz boğazı və Fars körfəzi ilə bağlı sözlərinə heç bir etibar yoxdur".