AZ

Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi açıqlandı

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 178,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 372 min ton xam neft və neft məhsulları ixrac olunub.Bu barədə Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir. Məlumata görə, 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə bu dəyər ifadəsində 46,2 milyon dollar və ya 20,5 faiz, həcm baxımından isə 31,9 min ton və ya 7,9 faiz azdır.Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 224,8 milyon dollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 403,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.Hesabat dövründə Rumıniya Azərbaycandan neft idxal edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Seçilən
17
8
metbuat.az

10Mənbələr