AZ

Azərbaycan Həkimlər Dərnəyi yeni layihələrini təqdim edib

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Həkimlər Dərnəyinin toplantısında yeni layihələr və mühüm qərarlar qəbul olundu.

Gununsesi.info–nun xəbərinə görə ,Azərbaycan Həkimlər Dərnəyi bu gün növbəti toplantısını keçirib. Toplantıda dərnəyin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, yeni layihələr barədə fikir mübadiləsi aparılıb və bir sıra mühüm qərarlar qəbul edilib.

Toplantıda dərnəyin sədri, uzman doktor Vüqar Cəfər, görülməsi planlaşdırılan işlərlə bağlı dərnək üzvlərinə ətraflı məlumat verib. O bildirib ki, dərnəyin əsas məqsədi Türkiyədə yaşayan azərbaycanlı həkimləri bir araya gətirmək, onların arasında peşəkar həmrəyliyi gücləndirmək və cəmiyyətə daha faydalı xidmət göstərməkdir.

Müzakirələr zamanı dərnəyin rəsmi internet saytının yaradılması işlərinin son mərhələyə çatdığı qeyd olunub. Yeni sayt vasitəsilə dərnəyin fəaliyyəti, üzvlər haqqında məlumatlar və tibbi yeniliklər daha geniş auditoriyaya çatdırılacaq. Bununla yanaşı, sosial media platformalarında da yeniliklərin həyata keçirildiyi və dərnəyin ictimai fəaliyyətinin daha da gücləndiriləcəyi vurğulanıb.

Toplantıda eyni zamanda dərnəyin YouTube kanalı, jurnalı və radiosunun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edilib. Bu media platformaları vasitəsilə həm həkimlər arasında məlumat mübadiləsinin genişlənməsi, həm də cəmiyyətin sağlamlıq mövzusunda maarifləndirilməsi nəzərdə tutulur.

Mühüm qərarlardan biri də tibb təhsili alan tələbələrə dəstək göstərilməsi olub. Dərnək tərəfindən gələcəkdə tibb fakültəsində təhsil alan uğurlu tələbələrə təqaüd verilməsi qərara alınıb. Bu addımın gənc həkimlərin inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Bundan əlavə, qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı konkret fəaliyyət planı hazırlanıb. Dərnək bundan sonra həkimləri ixtisas sahələrinə uyğun şəkildə tanıtmağı və müxtəlif xəstəliklərlə bağlı uzman həkimlərin elmi məqalələrini dərc etməyi planlaşdırır.

Azərbaycan Həkimlər Dərnəyinin toplantısında qəbul edilən qərarların təşkilatın gələcək fəaliyyətinə yeni istiqamət verəcəyi və Türkiyədə yaşayan azərbaycanlı həkimlərin daha sıx birləşməsinə töhfə göstərəcəyi gözlənilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
icma.az

1Mənbələr