AZ

Bokadaya qarşı humanitar DƏSTƏK

Kolumbiyanın göndərdiyi humanitar yardım ləvazimatlarını daşıyan gəminin Kubaya çatdığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Kolumbiyalı senator Qloriya Florez mətbuata verdiyi açıqlamada, ABŞ-nin iqtisadi blokadası səbəbindən çətin günlər keçirən Kubaya dəstək olmağa davam edəcəklərini qeyd edib.

Kubanın yalnız olmadığını vurğulayan Florez "Kuba xalqı üçün humanitar yardımlarla Havanaya gəlişimiz bu şəkildə reallaşdı. Tamahkarlığın hökm sürdüyü bu dövrlərdə artıq xalqlararası inteqrasiya və həmrəylik vaxtıdır", - deyə bildirib.

Kolumbiya hökumətinin Kubaya yolladığı humanitar yardım materiallarının ada ölkəsinə çatdığını dilə gətirən Florez "Bu töhfə Kolumbiya xalqının Kubaya olan sevgi və minnətdarlığının bəhrəsidir. Bu gün Latın Amerikası və Karib hövzəsi hər zamankından daha çox həmrəylik nümayiş etdirməyə hazırdır", - deyib.

Kuba xarici işlər nazirinin müavini Jozefina Vidal sosial media hesabından etdiyi paylaşımda, Kolumbiyanın yardımının tibbi ləvazimat və qidadan ibarət olduğunu qeyd edərək, "Təşəkkürlər kolumbiyalı qardaşlar", - ifadəsini işlədib.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr