AZ

Emin Ağalarovdan böyük jest: Bütün qonorarını onlara BAĞIŞLADI

Məşhur müğənni və iş adamı Emin Ağalarov Dağıstanda baş vermiş dağıdıcı daşqınlardan zərər çəkənlərə kömək məqsədilə 120 min dollar vəsait ayırıb.

Musavat.com xəbər verir ki, yardımın 90 min dollar məbləğindəki ilk hissəsi artıq 17 aprel tarixində Rusiya Qırmızı Xaç Cəmiyyətinə köçürülüb.

Ağalarov bu qərarını Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında elan edib.

Sözügedən vəsait sənətçinin 13-16 aprel tarixlərində İrkutsk, Krasnoyarsk, Novosibirsk və Tomsk şəhərlərində keçirdiyi dörd konsertdən əldə etdiyi tam qonorar hesabına formalaşıb.

İfaçı konsertlərdən gələn gəlirin üzərinə öz şəxsi vəsaitini də əlavə edərək məbləği artırıb.

Toplanan bütün vəsait fəlakətdən zərər çəkmiş sakinlərə ünvanlı yardım göstərilməsi üçün Rusiya Qırmızı Xaç Cəmiyyətinin hesabına köçürüləcək.

Musavat.com

Seçilən
15
8
musavat.com

9Mənbələr