AZ

Qohumlar arasında mübahisə qətllə bitdiVİDEO

Qohumlar arasında baş verən mübahisə qanla bitib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb.

İlkin məlumatlara görə, həmin binada yaşayan Ruhin Əliyev qətlə yetirilib. Hadisənin ilkin versiyasına əsasən, onun öz qohumu tərəfindən öldürüldüyü ehtimal edilir.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ilkin sübutlar toplanıb və zəruri istintaq tədbirlərinə başlanılıb.

Hazırda qətlin hansı şəraitdə və hansı səbəbdən törədildiyi araşdırılır. Hadisənin motivləri, tərəflər arasında münasibətlər və digər vacib detallar istintaqın gedişində müəyyən ediləcək.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
xezerxeber.az

1Mənbələr