Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sabah” qarşılaşmasının ikinci hissəsi qonaq komanda üçün xoş başlamayıb.
QOL.az xəbər verir ki, matçın gedişatına birbaşa təsir edən qərar 46-cı dəqiqədə verilib. Qarşılaşmanın ilk hissəsində “Sabah”ın yeganə qoluna imza atan Abdulax Xaybulaev ikinci hissənin elə ilk saniyələrində oyunun anti-qəhrəmanına çevrilib.
O, “Qarabağ”ın yarımmüdafiəçisi Joni Montielə qarşı kobud hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.