RU

"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sabah” qarşılaşmasının ikinci hissəsi qonaq komanda üçün xoş başlamayıb.

QOL.az xəbər verir ki, matçın gedişatına birbaşa təsir edən qərar 46-cı dəqiqədə verilib. Qarşılaşmanın ilk hissəsində “Sabah”ın yeganə qoluna imza atan Abdulax Xaybulaev ikinci hissənin elə ilk saniyələrində oyunun anti-qəhrəmanına çevrilib.

O, “Qarabağ”ın yarımmüdafiəçisi Joni Montielə qarşı kobud hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Избранный
20
1
teleqraf.com

2Источники