Mövcud münaqişənin davam edəcəyi təqdirdə III Dünya müharibəsinə çevrilmək ehtimalı var.
Musavat.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Naqdi xəbərdarlıq edib.
SEPAH-ın yüksək rütbəli rəsmisi bildirib ki, davam edən qarşıdurma qlobal müharibəyə yol aça bilər.
O, həmçinin döyüş əməliyyatlarının yenidən başlayacağı təqdirdə İranın yeni hazırlanmış silahlardan istifadə etməyə hazır olduğunu diqqətə çatdırıb.
Məhəmməd Rza Naqdi qeyd edib ki, İranın raket buraxılış qurğularının məhv edilməsi barədə iddialar əsassızdır. Müşavirin sözlərinə görə, rəsmi Tehran 2026-cı ilin aprel ayında istehsal edilmiş ən yeni raket və dronları dövriyyəyə buraxa bilər.
"Onlar bizim buraxılış qurğularımızı məhv etdiklərini deyirlər. Lakin biz bu qurğuları istənilən metal emalı emalatxanasında istehsal etmək gücündəyik", - deyə Naqdi vurğulayıb.
Musavat.com