AZ

İspaniyanın baş naziri: “BMT-nin yenilənməsi lazımdır”

İspaniyanın baş naziri Pedro Sançes BMT-də islahatların aparılmasının vacibliyindən danışıb.

"Biz bilirik ki, çoxtərəfli sistemin yenilənməsi lazımdır. Biz bilirik ki, o, yalnız 21-ci əsr dünyasının reallıqlarına uyğun olaraq islah olunarsa, yaşaya bilər" -çıxışı Nazirlər Kabinetinin veb saytında yayımlanan baş nazir bildirib.

"Biz inanırıq ki, BMT-nin yenilənməsi və islah edilməsinin vaxtı çatıb", - Sançes vurğulayıb.

O, həmçinin təşkilata qadının rəhbərlik etməsini müdafiə edib.

Onu da qeyd edək ki, BMT-nin hazırkı formatına qarşı çıxan ölkələrin sayı gündən-günə artır. Onlar BMT-nin Təhhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin (ABŞ, Çin. Rusiya. Böyük Britanoya və Fransa) özlərinə və yaxın müttəfiqlərinə aid məsələlər müzakirə olunarkən veto hüququndan istifadə etmələrini, bunun isə dünyada haqq-ədalətin bərqərar olunmasına zidd olduğunu bildirirlər.

Doğrudan da BMT TŞ-nin daimi üzvləri olan ölkələr öz siyasətləri ilə dünya düzənini daha çox pozurlar və yüksəki statusları üzündən cəzasız qalırlar.

Musavat.com

Seçilən
24
2
musavat.com

3Mənbələr