Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
İspaniyanın baş naziri Pedro Sançes BMT-də islahatların aparılmasının vacibliyindən danışıb.
Bakupost.az xəbər verir ki, Nazirlər Kabinetinin veb saytında yayımlanan baş nazir çoxtərəfli sistemin yenilənməsi lazım olduğunu bildirib.
"Biz bilirik ki, o, yalnız 21-ci əsr dünyasının reallıqlarına uyğun olaraq islah olunarsa, yaşaya bilər" -o bildirib.
"Biz inanırıq ki, BMT-nin yenilənməsi və islah edilməsinin vaxtı çatıb", - Sançes vurğulayıb.
O, həmçinin təşkilata qadının rəhbərlik etməsini müdafiə edib.
Onu da qeyd edək ki, BMT-nin hazırkı formatına qarşı çıxan ölkələrin sayı gündən-günə artır. Onlar BMT-nin Təhhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin (ABŞ, Çin. Rusiya. Böyük Britanoya və Fransa) özlərinə və yaxın müttəfiqlərinə aid məsələlər müzakirə olunarkən veto hüququndan istifadə etmələrini, bunun isə dünyada haqq-ədalətin bərqərar olunmasına zidd olduğunu bildirirlər.
Doğrudan da BMT TŞ-nin daimi üzvləri olan ölkələr öz siyasətləri ilə dünya düzənini daha çox pozurlar və yüksəki statusları üzündən cəzasız qalırlar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.