AZ

"Futbolçularım mərdlik göstərdilər" - Füzuli Məmmədov

“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 28-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. “Şamaxı” çempionatın ən möhkəm komandasıdır. Xüsusilə, standart vəziyyətlərdə yaxşı oynayırlar. Gərgin matç keçdi. Yaxşı hazırlaşmışdıq. Uşaqlar tapşırıqları maksimum yerinə yetirdilər. Futbolçularım mərdlik göstərdilər. Onlara təşəkkür edirəm. Bu gün meydanda çox əzmkar oynadılar.

Futbolçularda inam yaranıb. Məşqlərdə bunu hiss edirəm. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik. Bundan öncəki oyunlarda da yaxşı oynamışıq. Sadəcə son iki matçda komanda sanki yumruğa çevrilib. Qələbələrin davamını gözləyirəm”.

Seçilən
6
fanat.az

1Mənbələr