Tərəflər siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələri ilə bağlı fikir mübadiləsi aparıb.Enerji sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvələrindən biri olduğu vurğulanıb.
Münasibətlərin dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.Eyni zamanda, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu da xüsusi vurğulanıb.