AZ

SEPAH Hörmüzdə tankeri atəşə tutdu

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi katerləri Hörmüz boğazında tankeri atəşə tutub.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) şənbə günü, aprelin 18-də məlumat yayıb.

Məlumata əsasən, insident Oman sahillərindən 20 dəniz mili (37 km) şimal-şərqdə qeydə alınıb.

Tanker kapitanının sözlərinə görə, SEPAH-ın iki kateri gəmiyə yaxınlaşıb və heç bir xəbərdarlıq etmədən ona atəş açıb.

UKMTO-nun əldə etdiyi məlumata görə, tanker və heyət üzvləri xəsarət almayıb.

"Səlahiyyətli qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Tankerin atəşə tutulması xəbərindən qısa müddət sonra UKMTO Hörmüz boğazında bir konteyner gəmisinə də hücum edildiyi barədə xəbərdarlıq yayıb. Bu hadisənin isə Oman sahillərindən 25 dəniz mili (46 km) şimal-şərqdə baş verdiyi qeyd olunub.

Məlumata görə, konteyner gəmisi naməlum mərmi ilə vurulub, nəticədə bir neçə konteynerə ziyan dəyib. Yanğın və ya ətraf mühitə dəyən zərər barədə məlumat daxil olmayıb.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr