AZ

Kiyevdə dəhşətli ANLAR – Qarşısına çıxana atəş açdı – 18+VİDEO

Ukraynanın paytaxtı Kiyevin Qoloseyevski rayonunda naməlum şəxsin “Velmart” supermarketində atəş açaraq insanları girov götürdüyü barədə yerli media məlumat yayıb.

Hadisənin Demeyevka rayonu ərazisində baş verdiyi bildirilir. Silahlı şəxs əvvəlcə yoldan keçən sakinlərə atəş açıb, daha sonra isə mağaza binasına daxil olaraq orada sığınıb. Hadisə yerinə dərhal polis və xüsusi təyinatlı dəstələr cəlb olunub, ərazi mühasirəyə alınıb.

NOCOMMENT.az xəbər verir ki, insident nəticəsində yaralananların olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları cinayətkarın zərərsizləşdirilməsi və girovların azad edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Sara,
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr