Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidmətitərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuzdövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurladavam etdirilir. Əməliyyat-axtarış tədbirləri nəticəsində İranİslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərəkqaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikasıərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40həbləri və qurudulmuş marixuananı cari il aprelin 11-də Beyləqanrayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü iltəvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində Trend-ə bildirilib ki, keçirilmiş baxış zamanıümumi çəkisi 16 kiloqram 700 qram narkotik vasitə olan qurudulmuşmarixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləriaşkarlanaraq götürülüb.
DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR CinayətMəcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətməsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.