AZ

"Nyukasl" braziliyalı istedadı istəyir

İngiltərənin "Nyukasl Yunayted" klubu Braziliya bazarında aktivliyini artırıb.

Fanat.Az xəbər verir ki, "MailSport"un məlumatına görə, "sağsağanlar" "Palmeyras"ın gənc ulduzu Eduardo Konseysao üçün 21.5 milyon funt-sterlinq və əlavə olaraq 13 milyon funt-sterlinq bonusdan ibarət rəsmi təklif irəli sürüb.

Lakin Braziliya çempionu bu təklifi rədd edərək, 16 yaşlı hücumçu üçün ən azı 30 milyon funt-sterlinq nağd ödəniş tələb edir.

"Palmeyras" akademiyasının son tapıntısı hesab olunan futbolçu üçün "Mançester Siti" və "Barselona" kimi nəhənglər də mübarizə aparır.

Seçilən
5
1
fanat.az

2Mənbələr