AZ

SSRİ də belə olmamışdı: Rusiya əhalisi rekord templə spirtə qurşanır The Telegraph

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya əhalisi spirtli içkiləri daha çox, xüsusilə də güclü içkiləri istehlak edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” nəşri rəsmi statistika və rusiyalı jurnalistlərin araşdırmalarına istinadən yazıb.

Nəşrin məlumatına görə, 2025-ci ildə Rusiyada diaqnoz qoyulmuş alkoqolizm və ya alkoqol psixozu halları 100 min nəfərə 56,9 təşkil edib. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir. "Vajnıye istorii” araşdırma platforması Rusiya Səhiyyə Nazirliyinin rəsmi məlumatlarını təhlil edərək alkoqolizm artımının ölkənin 83 regionundan 69-da qeydə alındığını müəyyən edib. Eyni zamanda, real vəziyyətin daha ağır olduğu ehtimal edilir, çünki bir çox insan tibbi yardıma müraciət etmir və ya bu imkandan məhrumdur.

Məlumatlar göstərir ki, Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra alkoqol problemlərində ciddi artım müşahidə olunub. 2022-ci ilə qədər ölkədə alkoqol asılılığı tədricən azalırdı. Lakin müharibədən sonra statistika əks istiqamətdə dəyişib. Ən kəskin artım 2024–2025-ci illər arasında qeydə alınıb və bu, 30 faizə çataraq müşahidələr tarixində rekord sayılıb.

Buna baxmayaraq, Rusiya hökumətinin 2030-cu ilə qədər alkoqol istehlakını azaltmaq proqramı nəticə verməyib. 2024-cü ildə güclü spirtli içkilərin satışı son səkkiz ilin ən yüksək səviyyəsinə çataraq adambaşına 8,5 litr təşkil edib ki, bunun da 5,3 litri araq olub.

Hakimiyyət alkoqol satışını məhdudlaşdırmaq üçün müxtəlif tədbirlər görüb: endirimlərin qadağan edilməsi, kassaların yaxınlığında spirtli içkilərin yerləşdirilməməsi, bəzi regionlarda satış saatlarının məhdudlaşdırılması və yaşayış binaları ilə təhsil müəssisələrindən müəyyən məsafə tələbləri. Məsələn, Voloqda vilayətində iş günləri spirtli içkilərin satışı gündə cəmi iki saatla məhdudlaşdırılıb. Lakin "The Telegraph” yazır ki, bu tədbirlər gözlənilən nəticəni verməyib.

Asılılıqlar üzrə mütəxəssis Oleq Dmitriyev "Radio Svoboda”ya bildirib ki, xüsusilə səfərbər olunan hərbçilər arasında vəziyyət kritikdir. Onun sözlərinə görə, cəbhəyə böyük miqdarda spirtli içki göndərilib və nəzarətsiz istehlak nəticəsində psixoz halları yaranıb. O, həmçinin qeyd edib ki, bu kimi hallar rəsmi statistikaya daxil edilməyə bilər.

Məlumatlara görə, alkoqol asılılığı Rusiya ordusunda da geniş yayılıb. Bəzi hərbi qulluqçular və blogerlər Moskvanın reabilitasiya mərkəzlərindən insanları müharibəyə cəlb etdiyini iddia edirlər. Hüquq müdafiə təşkilatları isə sərxoş vəziyyətdə olan şəxslərin aldadılaraq və ya təzyiqlə hərbi müqavilələr imzalatdırıldığı hallar barədə məlumat verir.

Alkoqol asılılığı xüsusilə posttravmatik stress pozuntusu, depressiya və narahatlıq yaşayan veteranlar arasında da artıb.

Eyni zamanda, Rusiyada antidepressantların istifadəsi də kəskin yüksəlib. DSM analitik şirkətinin məlumatına görə, "Prozak” kimi preparatların satışı 2022–2025-ci illər arasında demək olar ki, iki dəfə artıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
qaynarinfo.az

1Mənbələr