Oyandıqdan sonra ilk 10 dəqiqə pəncərənin yanında dayanmaq lazımdır.
Medicina.az xəbər verir ki, bunu onkoloq həkim Vladimir İvaşkovməsləhət görüb.
Mütəxəssis bunu belə izah edib ki, oyandıqdan sonra müsbəthissləri qorumaq üçün pəncərənin yanında və ya balkonda beş-on dəqiqə vaxt keçirmək, mobil telefondan istifadə etməmək faydalıdır.
"Daxili saatımız melatonin hormonu tərəfindən idarə olunur. Səhər işığı beyinə "Gün başladı, ayıq olmağın vaxtıdır"siqnalı ötürür.
Bu kiçik ritualı müntəzəm olaraq yerinə yetirmək axşam yuxuya getməyi və səhər oyanmağı cəmi bir neçə gün ərzində asanlaşdırır. Bunu dəstəkləmək üçün həkim elmi məlumatlara istinad edir: oyandıqdan sonrakı ilk saatda günəş işığı almaq stress hormonu olan kortizolun konsentrasiyasını azaltmağa kömək edir və gecə yuxusunun effektivliyini 15-20% artırır.
İvaşkovun vurğuladığı kimi, bu vərdiş xüsusilə 50 yaşdan yuxarı insanlar üçün faydalı olacaq, çünki bu yaşda təbii melatonin istehsalı azalır. O deyir ki, səhər işığı bu çatışmazlığı qismən kompensasiya edir və beləliklə, gecə istirahətinə müsbət təsir göstərir.
Aygün Musayeva