BAKI, 18 aprel. TELEQRAF
Yasamal rayonu ərazisində bir nəfərə məxsus “Ford” markalı avtomobildən 650 manat pul və 790 manat dəyərində mobil telefon oğurlanıb.
DİN Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı R.Novruzov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.