AZ

İlham Əliyev islahatçı Prezident kimi adını tarixə yazdırıb - RƏY

Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkədə idarəetmənin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir. Son illərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaşlara xidmətin daha əlçatan olması istiqamətində mühüm addımlar atılıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək və regionlarda yeni iş yerlərinin yaradılması dövlətin əsas prioritetlərindən biridir. Təhsil sahəsində də islahatlar diqqətçəkəndir. Məktəblərin yenidən qurulması, müəllimlərin işə qəbulu sistemində şəffaf mexanizmlərin tətbiqi, rəqəmsal təhsil imkanlarının artırılması gənc nəslin daha keyfiyyətli təhsil almasına şərait yaradıb. Sosial siyasət istiqamətində şəhid ailələri və qazilərə dəstək proqramları, əməkhaqqı və pensiyaların artırılması, sosial yardım mexanizmlərinin təkmilləşdirilməsi dövlətin insan amilinə verdiyi önəmi göstərir. Eyni zamanda, rəqəmsal transformasiya sahəsində aparılan tədbirlər – elektron hökumət sisteminin genişlənməsi, dövlət xidmətlərinin onlayn platformalara keçirilməsi, vətəndaşların dövlət qurumlarına daha rahat çıxış əldə etməsi ölkədə müasir idarəetmə modelinin formalaşmasına imkan verir. Beləliklə, istər səhiyyə, istər təhsil, istər iqtisadiyyat, istərsə də sosial sahələrdə həyata keçirilən islahatlar Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi uzaqgörən siyasətin və davamlı inkişaf strategiyasının bariz göstəricisidir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar bütün sahələri əhatə edir.

 

Deputat bildirib ki, istər təhsil sahəsi, istər səhiyyə, istərsə də idarəetmə olsun, islahatların açıq-aydın elementləri müşahidə olunur: “Dövlətimizin bu siyasətdə həm də əsas hədəf və məqsədi insanlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması, yuxarı səviyyəyə qaldırılmasıdır. Son vaxtlar həyata keçirilən islahatlardan biri də tibb sahəsindədir. Bu gün Azərbaycanın tibb sahəsində ən böyük uğurlarından biri sığorta sahəsinin inkişafıdır. Artıq insanlarımız sığortanın imkanlarından çox yaxşı istifadə edirlər. Bu da son illər bu sahədə aparılan siyasətin nəticəsidir. Son olaraq   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində də bir sıra islahatların həyata keçirildiyini gördük. Bu islahatların da yenə əsas hədəf və məqsədi insanlarımızın məmnunluğunun artırılması, rifah halının yaxşılaşdırılması, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətin uğurlarının daha da yüksəldilməsidir. Cənab Prezident İlham Əliyevin bütün sahələrdə müxtəlif islahatlar həyata keçirdiyini görürük. İslahatların bu formada həyata keçirilməsi də dövlətimizin prinsipiallığının, insanların həyat və şəraitinin daha da yaxşılaşdırmağı düşündüyünün göstəricisidir. Bu bizə yeni fürsətlər və imkanlar yaradacaq”.

 

Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 23 il ərzində Azərbaycan sürətlə inkişaf edib:

 

“Azərbaycanın inkişafının kökündə dayanan fundamental səbəb dövlətimizin başçısının islahatlar kursuna sədaqətidir. Bütün sahələrdə islahatlar həyata keçirilir. Cənab İlham Əliyev islahatçı Prezident kimi öz adını tarixə yazdırıb. Bu islahatların sayəsində biz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmişik, çünki bu islahatlar ilk növbədə iqtisadiyyatı əhatə etdi. Güclü iqtisadiyyat həm də güclü Ordunu formalaşdırdı. Ordu quruculuğunda, Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində islahatlar həyata keçirildi. Bu gün qürur hissi ilə qeyd edirik ki, son 80 il ərzində heç bir dövlət ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilməyib. Azərbaycan bu baxımdan da nümunədir və bu siyasətin kökündə islahatlar kursuna sadiqlik dayanır. Bu, Cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətə sədaqətidir. Həmin siyasəti çox sürətlə dəyişən dünyamızın reallıqlarına adekvat olaraq davam etdirir, innovativlik, kreativlik gətirdi, hücum taktikası əlavə etdi. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf tempinə malikdir. Bu eyni zamanda kadr islahatlarını da özündə ehtiva edir. Yaxşı kadrlar həlledici amildir. Bu nöqteyi-nəzərdən peşəkar, vətənpərvər, öz işini bilən, ümumbəşəri dəyərləri paylaşan, milli dəyərlərə üstünlük verən yeni nəsil kadrlar bu gün xüsusi əhəmiyyət kəsb edir. Son dövrlər bu istiqamətdə çox ciddi işlər görülür. Yüksək vəzifələrə gənc, bacarıqlı, perspektivli kadrlar irəli çəkilir. TƏBİB-də baş verən ciddi kadr dəyişiklikləri də dediklərimizi təsdiqləyir. İnanırıq ki, kadr dəyişiklikləri, xüsusilə TƏBİB rəhbərliyində həyata keçirilən islahatlar nəticə etibarilə vətəndaş məmnunluğunu təmin edəcək və səhiyyə sahəsində həlli gözlənilən məsələlərin tənzimlənməsinə xüsusi töhfə verəcək”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 18 Aprel 2026, 17:56   
Seçilən
16
pravda.az

1Mənbələr