AZ

Avropada qazın qiyməti 38 avroya düşdü

Avropada qazın qiyməti 38 avroya düşdü

İranın Hörmüz boğazını bütün ticarət gəmiləri üçün açacağına dair verdiyi bəyanatlar tədarük narahatlıqlarını azaldaraq Avropa təbii qaz qiymətlərində kəskin enişə səbəb olub.

AFN.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabı vasitəsilə Livandakı atəşkəs müddətində Hörmüz boğazının bütün ticarət gəmilərinin keçidi üçün tamamilə açıq olacağını elan edib.

İranlı nazir öz mesajında Livandakı atəşkəsə paralel olaraq, İran Limanlar və Dənizçilik Təşkilatı tərəfindən koordinasiya edilən marşrut üzrə gəmilərin hərəkətinin atəşkəsin qalan müddəti ərzində sərbəst olacağını bildirib.

Bu açıqlamalardan sonra Niderland mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də may ayı üçün qaz müqavilələrinin qiyməti əvvəlki günlə müqayisədə 8,7 faiz azalaraq 38,74 avroya enib. Qeyd edək ki, müqavilələr bir gün əvvəl 42,42 avro səviyyəsində tamamlanmışdı.

ABŞ və İsrailin İrana hücumları, həmçinin İranın cavab zərbələri ilə Fars körfəzində gərginləşən qarşıdurma səbəbindən qlobal ticarət və enerji daşımaları üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazında gəmi keçidi böyük ölçüdə dayanmışdı.

Seçilən
22
afn.az

1Mənbələr