AZ

Danışıqların ikinci raundu başlayır Nəzərlər yenidən İslamabadda...

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehranla Vaşinqton arasında danışıqların növbəti raundu yaxın günlərdə baş tuta bilər. Ən azından verilən son açıqlamalar belə qənaətə gəlməyə əsas verir.

Bakupost.az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, ABŞ və İran arasında danışıqların növbəti mərhələsi gələn həftənin bazar ertəsi, aprelin 20-də Pakistanda keçirilə bilər.

Ondan bir qədər əvvəl isə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranla növbəti təmasların həftəsonu gözlənildiyini deyib. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, danışıqların ikinci raundunda ardıcıl şəkildə müəyyən irəliləyişlər ola bilər:

“Bəllidir ki, İran rəhbərliyi ABŞ-İsrail koalisiyasının tələblərini yerinə yetirməlidir. Amma bu şərtlərin qəbulu İran hakimiyyətinin daxildə siyasi fəaliyyəti üçün hansısa problemlərə yol açmamalıdır. Atəşkəsdən sonra mütləq mənada hansısa dəyişikliklər baş verməlidir. Lakin İran bu vəziyyəti elə qələmə verir ki, sanki bunlar özünün müstəqil qəbul etdiyi qərardır”.

T. Zülfüqarov deyir ki, Tehran siyasi iradə nümayiş etdirsə, proses sürətlənəcək:

“Əsas məsələ İranın siyasi iradəsinin olmasıdır. Problem bundadır. ABŞ İrandan qat-qat güclüdür. Bunu Tehranda da anlayırlar. Ona görə də dağıntılar prosesi hansısa mərhələdə dondurulmalıdır”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
www.bakupost.az

1Mənbələr