AZ

Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? VİDEO

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2 000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.

Dindirilmə zamanı M.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

https://t.me/oxuaze/179845

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
17
cebheinfo.az

10Mənbələr