AZ

Bakıda Dünya Kuboku start götürdü

Azərbaycanın növbəti dəfə ev sahibliyi etdiyi bədii gimnastika üzrə Dünya Kuboku başlayıb.

Fanat.Az xəbər verir ki, artıq 13-cü dəfədir ölkəmizdə keçirilən və Milli Gimnastika Arenasında təşkil olunan yarışda 42 ölkədən gimnastlar mübarizə aparır. 

"Los-Anceles-2028" Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kuboku üç gün davam edəcək. Gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.

Kubokun ilk 2 günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq. Bu gün start götürən yarışlara aprelin 19-da yekun vurulacaq.

Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.

Seçilən
14
10
fanat.az

10Mənbələr