AZ

Bağça müəllimləri üçün sertifikasiya qaydaları tezliklə ELAN EDİLƏCƏK

“Ötən ildən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması ilə bağlı məzmunun hazırlanmasına başlamışıq. Peşəkar inkişaf ehtiyacları nəzərə alınaraq qiymətləndirmə çərçivəsi hazırlanır və qısa müddət ərzində ictimaiyyətə elan ediləcək”.

AzEdu.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.

N.Mehdiyeva həmçinin bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılma imtahanlarının vaxtı hələ müəyyənləşdirilməyib: “Lakin qiymətləndirmə çərçivəsi imtahanlardan xeyli əvvəl təqdim ediləcək ki, tərbiyəçi-müəllimlər ondan faydalana bilsinlər. Çərçivə böyük bir işçi qrup tərəfindən hazırlanır. Orada müxtəlif mütəxəssislər, pedaqoqlar, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və tərbiyəçi-müəllimlər də yer alır.

Qiymətləndirmə çərçivəsində məzmun və metodika, pedaqoju və psixoloji yanaşmalar yer alacaq. Məktəbəqədər təhsilin məzmunu metodika ilə bağlıdır, çünki burada ümumtəhsil müəssisələrində olduğu kimi ayrı-ayrı fənlərdən söhbət getmir. Burada əsas müxtəlif yanaşmalar, uşaqla işləməyin yolları və s. məzmun və metodikasında yer alacaq”.

Seçilən
18
azedu.az

1Mənbələr