AZ

SEPAH Hörmüz boğazından keçid şərtlərini açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, Hörmüz boğazından yalnız mülki gəmilər, o da İran tərəfindən müəyyən edilmiş qaydalara və marşrutlara əməl etmək şərtilə keçə biləcəklər.

Ölkə.Az-ın "Nour News"a istinadən məlumatına görə, SEPAH rəsmisi hərbi gəmilərlə bağlı sərt xəbərdarlıq edib:

"Heç bir hərbi gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur. İstənilən keçid yalnız SEPAH-ın Dəniz Qüvvələrinin icazəsi ilə mümkündür. Bu məhdudiyyətlər "müvəqqəti atəşkəs" çərçivəsində qüvvədədir. Əgər atəşkəs pozularsa, Hörmüz boğazı "40 günlük müharibə" şəraitinə qayıdacaq; belə olan halda hətta ticarət gəmilərinin də keçidi qadağan ediləcək", — deyə o vurğulayıb.

Seçilən
38
47
olke.az

10Mənbələr