AZ

Cinayət törədən şəxs estetik etdirib illərlə gizləndi - FOTO

Türkiyədə cinayət törədən şəxs ağlasığmaz üsulla uzun illər gizlənib.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, 2010-cu ildə öldürülən Burak Şeninin qətlinin təşəbbüskarı kimi tanınan Barış Mirza xaricə qaçıb.

Hadisə 29 oktyabr 2010-cu ildə Ankaranın Yenimahalle rayonunun Demetevler məhəlləsində baş verib.

Burak Şenin avtomobilinə atılan 28 güllə nəticəsində öldürülüb.

Yeddi il xaricdə qaçaq olan şübhəli Türkiyəyə qayıtdıqdan sonra tutulub.

Qardaşına bənzəmək üçün plastik əməliyyatla üzünü dəyişdirən şübhəlinin qardaşının şəxsiyyətindən istifadə edərək ölkəyə girdiyi məlum oldu. Polis bölməsində araşdırma aparıldıqdan sonra şübhəli məhkəməyə göndərilərək həbs edilib.

Billurə


 

Seçilən
39
3
olke.az

4Mənbələr