AZ

Yay mövsümündə meşə yanğınlarına qarşı ciddi xəbərdarlıq

Yay

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Ulusum.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində meşə yanğınlarının qarşısının alınması məqsədilə vətəndaşlara və aidiyyəti qurumlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması barədə müraciət edib. Qurum bildirir ki, meşə yanğınlarının əsas səbəbi insan amilidir və ehtiyatsız davranış ciddi ekoloji və maddi zərərlərə gətirib çıxarır. Vətəndaşlara meşə ərazilərində tonqal yandırmamaq, siqaret və alışan materialları atmaqdan çəkinmək, eləcə də hər hansı yanğın halında dərhal “112” qaynar xəttinə məlumat vermək tövsiyə olunur.

Diqqət Çəkənlər

Bu il bazarlarda alça tapılmayacaq? - VİDEO

Başlıbel faciəsinin ildönümüdür

Onun ölümündən 5 il keçir

Seçilən
23
ulusum.az

1Mənbələr