AZ

Film kimi HADİSƏ: Üzünü dəyişən qatil sifarişçisi 7 ildən sonra YAXALANDI

Türkiyədə 2010-cu ildə törədilən qətl hadisəsi ilə bağlı axtarışda olan və 7 il ərzində xaricdə gizlənən Barış Mirza ölkəyə qayıtdıqdan sonra saxlanılıb.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Ankarada 29 oktyabr 2010-cu ildə Yenimahalle rayonunun Demetevler qəsəbəsində avtomobilində 28 güllə ilə qətlə yetirilən 26 yaşlı Burak Şenin qətlində sifarişçi kimi ittiham olunurdu.

Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin axtarışda olan şəxslərlə bağlı əməkdaşları Mirzanın Gürcüstanda yaşadığını və yaxın zamanda Türkiyəyə qayıtdığını müəyyən ediblər.

Araşdırma zamanı onun estetik əməliyyatlar vasitəsilə üz cizgilərini dəyişdiyi, qardaşına bənzədiyi və məhz qardaşının şəxsiyyət vəsiqəsi ilə ölkəyə daxil olduğu ortaya çıxıb.

Polisin apardığı əməliyyat nəticəsində saxlanılan Mirzanın burun, dodaq və çənə nahiyələrində estetik müdaxilələr etdirdiyi, eyni zamanda saç əkdirdiyi bildirilib.

Onun bu üsulla kimliyini gizlədərək qaçmağa davam etməyi planlaşdırdığı qeyd olunur.

İstintaq prosesi başa çatdıqdan sonra Mirza məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Film

Seçilən
28
day.az

1Mənbələr