AZ

Neftçi nin legioneri: Zirə nin futbolçusunda xarakter çatışmazlığı var

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Neftçi"nin futbolçusu Breno Almeyda "Zirə" ilə heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının 28-ci turunun oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir...

- Nəticə oyuna görə oldu? 

- Xeyr. Belə olmalı deyildi. Burada hakimlər haqqında da söz demək istəyirəm. Onlar belə oyun idarə etməli deyillər. Sağa-sola vərəqə paylamamalıdırlar. İndi matç haqqında danışım. Çox yaxşı oyun keçirtdik. Neçə vaxtdır ki, üzərimizdə işləyirik və məğlub olmuruq. Meydanda əzmkar iş ortaya qoyuruq. 

- Komandaya son 10 dəqiqədə nə olmuşdu? "Zirə"nin təzyiqinə tap gətirə bilmirdiniz? 

- Son 10 dəqiqə daha çətin keçdi. Bu cür matçlarda belə gedişat normaldır. Artıq bu keçmişdə qalıb. "Qarabağ"la oyunu düşünəcəyik.

- Qırmızı vərəqə aldınız. Həmin vaxt nə baş verdi?

- Hələ də başa düşə bilmirəm. Rəqib futbolçu Martins Junior çox pis davranış göstərdi. Rəqibə qarşı belə hörmətsizlik etmək olmaz. İnsanları təxribata çəkmək olmaz. Onda xarakter çatışmazlığı var. Düşünürəm ki, ədalətli qərar verməli idi. Hər şeyə səbəb olan rəqib oyunçu oldu. Təxribatı da o yaratdı. Oyunun bu gedişatla bitməsinin səbəbi hakimin matçın ipini əldən buraxması ilə bağlıdır. 

- "Qarabağ"la oyunda iştirak etməyəcəksən. Yoxluğunuz komandaya necə təsir edəcək?

- Bizim çox keyfiyyətli oyunçularımız var. Hamımız baş məşqçiyə güvənirik. Onun dediklərini yerinə yetiririk. Meydanda olmasam da, onların yanında olacağam. 

- Demək olar ki, "Zirə"nin futbolçusu Martins Junior sizi "Qarabağ"la oyunlardan etdi?

- Bəli. Sizinlə razıyam. Qolu necə istəyirsə, qeyd edə bilər. Amma rəqibə qarşı hörmətsizlik düzgün deyil. Özümə belə davranış qəbul edə bilmərəm. Bizim komanda bir ailədir. İmkan vermərəm ki, kimsə bizim ailəmizə belə müdaxilə etsin. 

- Avrokuboklara "Neftçi", yoxsa "Zirə" gedəcək?

- Əgər 1 faiz şans varsa, bu da "Neftçi" olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr