AZ

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar.

Moderator.az-ın məlumatına görə, adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
0
3
moderator.az

10Mənbələr