AZ

Şirvanda narkotik dövriyyəsini təşkil edən 5 nəfər saxlanıldı



Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb.

Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar.

Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Seçilən
0
3
baki-xeber.com

10Mənbələr