Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada illər əvvəl törədilmiş cinayətəgörə 7 ildən çox axtarışda olan və ölkə xaricində gizlənən şübhəliqardaşının şəxsiyyət vəsiqəsi ilə vətəninə geri dönərkən həbsolunub.
Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.
Əldə edilən məlumatlara görə, 29 oktyabr 2010-cu ildə AnkaranınYenimahalle rayonunun Demetevler qəsəbəsində avtomobillindəgüllələnən Burak Şenin (26) qətlini sifariş etdiyi müəyyən edilənBarış Mirza xaricə qaçıb. Yeddi ildir qaçaq vəziyyətdə Gürcüstandayaşadığı öyrənilən Mirzə, Türkiyəyə qayıtdıqdan sonra Ankara ŞəhərPolis apardığı əməliyyat-axtarış tədbirləri nəticəsindəsaxlanılıb.
Müəyyən edilib ki, Mirzə tanınmaması üçün burnu, dodaqları vəçənəsi daxil olmaqla üz nahiyəsində estetik əməliyyatlar etdirib,saç əkdirib və üzünü dəyişdirərək özünü qardaşına oxşatmağaçalışıb. Qardaşının şəxsiyyəti ilə Türkiyəyə daxil olan şübhəlininəməliyyatlar vasitəsilə qardaşına bənzəyərək ölkə daxilindəgizlənməyə davam etməyi planlaşdırdığı məlum olub.
Polisdəki prosedurlar tamamlandıqdan sonra məhkəmə şübhəlibarəsində həbs qətimkan tədbiri seçib.