Azərbaycan Premyer Liqasında 28-ci tur davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Ötən tur qələbə həsrətinə son qoyan Yevlax klubu hazırda 11 xalla turnir cədvəlində sonuncu, Şamaxı təmsilçisi isə 32 xalla 8-ci sıradadır.
Bu mövsüm komandalar arasında keçirilən hər iki görüşdə””Şamaxı” eyni hesablı qələbə qazanıb – 3:0.
Turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.
56 xalla 2-ci yerdə olan Ağdam klubu lider “Sabah”dan 10 xal geri qalır. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az keçirib.
Qeyd edək ki, bu mövsüm “Qarabağ” “bayquşlar”ı məğlub edə bilməyib.
18 aprel (şənbə)
15:30. “Karvan-Yevlax” – “Şamaxı”
Yevlax şəhər stadionu
19:30. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu
19 aprel (bazar)
15:30. “Kəpəz” – “İmişli”
18:00. “Sumqayıt” – “Qəbələ”
17 aprel (cümə)
“Zirə” – “Neftçi” – 1:1
“Araz-Naxçıvan” – “Turan Tovuz” – 0:3