Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino bildirib ki, 2026-cı il Dünya Çempionatında ilk dəfə olaraq final matçının fasiləsində musiqi şousu keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Goal”məlumat verib.
Turnirin həlledici oyunu 19 iyulda Nyu-Cersidəki "MetLife" stadionunda planlaşdırılıb.
"Tarixdə ilk dəfə olaraq, 19 iyulda Nyu-York/Nyu-Cersidə keçiriləcək dünya çempionatının finalının fasiləsində şou olacaq. Kimin çıxış edəcəyini hələlik açıqlaya bilmirəm, lakin birdən çox ifaçı olacaq. Bu, Yerdəki ən möhtəşəm şou olacaq - fantastik," - İnfantino deyib.
2026-cı il Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Almaz Həsənli