AZ

Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa

style='margin-bottom:10px;'>

“Atletiko” Madridin baş məşqçisi Dieqo Simeone və həyat yoldaşı Karla Pereyra Madriddə geniş daşınmaz əmlak portfelinə sahibdir.

QOL.az xəbər verir ki, bu barədə “Gazeta Express” məlumat yayıb.

Bildirilib ki, cütlük İspaniya paytaxtında 180 mənzil və 7 villaya malikdir. Onlar əsasən şəhərin nüfuzlu ərazilərində yerləşən elit yaşayış sahələrinə üstünlük verir.

Bildirilir ki, Simeone ailəsi bu əmlaklardan həm icarəyə verməklə, həm də alqı-satqı yolu ilə gəlir əldə edir.

Qeyd edək ki, Simeone və Pereyra 2014-cü ildə tanış olub, 2019-cu ildə evləniblər. Onların iki qızı var. Mütəxəssisin əvvəlki evliliyindən isə üç oğlu var.

Simeone artıq uzun illərdir “Atletiko”nu çalışdırır və dünyanın ən yüksək maaş alan məşqçilərindən biri hesab olunur.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr