AZ

Karvan Yevlax Şamaxı nı qonaq edir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında 28-ci turu davam edir. Sport24.az xəbər verir ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Yevlaxda keçiriləcək. "Karvan-Yevlax" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir. Hazırda turnir cədvəlinin sonunda qərarlaşan meydan sahibləri ötən tur cari mövsümdə ikinci qələbəsini qazanmaqla azarkeşlərini sevindirib. Füzuli Məmmədovun komandası "şirlər"lə görüşdə eyni uğuru təkrarlamağa çalışacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv isə mövsümü daha üst pilllərdə başa vurmağı planlaşdırır. Qonaqlar hazırda "Sumqayıt"la birgə 32 xala malik olsa da, əlavə göstəricilərə görə, 8-ci yerdədir.

Qeyd edək ki, turun dünən keçirilən matçlarında "Turan Tovuz" "Araz-Naxçıvan" 3:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" görüşündə isə qalib müəyyənləşməyib - 1:1. 

Misli Premyer Liqası

III dövrə, XXVIII tur

15:30. "Karvan-Yevlax" - "Şamaxı"

Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad ƏhmədovVAR: Əli ƏliyevAVAR: Rahil RamazanovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Namiq ƏliyevYevlax. Şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
sport24.az

1Mənbələr