AZ

ABŞ Maliyyə Nazirliyi Rusiya nefti ilə bağlı əməliyyatlara verilən icazənin müddətini uzadıb

Bakı. Trend:

ABŞ aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neftvə neft məhsullarının satışı, daşınması və boşaldılması üzrəəməliyyatlara dair icazəni mayın 16-dək qüvvədə saxlayıb.

Trend xəbər verir ki, bununlabağlı müddəa aprelin 17-də ABŞ Maliyyə Nazirliyinin XariciAktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunanümumi lisenziyada əksini tapıb.

Sənədə əsasən, ABŞ Maliyyə Nazirliyinin bloklayıcısanksiyalarına məruz qalan gəmilər də daxil olmaqla, istəniləngəmidə daşınan Rusiya mənşəli xam neft və ya neft məhsullarınınsatışı, çatdırılması və boşaldılması ilə bağlı əməliyyatlar aprelin17-si şərq yay vaxtı ilə saat 00:01-dək (Bakı vaxtı ilə 08:01)yüklənmiş yüklərə şamil olunur. Belə əməliyyatlara mayın 16-sı şərqsahili vaxtı ilə saat 00:01-dək (Bakı vaxtı ilə 08:01) icazəverilir.

Lisenziyada xüsusi olaraq vurğulanıb ki, bu qərar Rusiyanınilhaq etdiyi Krım, qondarma “Donetsk Xalq Respublikası” (DXR) və“Luqansk Xalq Respublikası” (LXR), həmçinin İran, Kuba və ŞimaliKoreya ilə bağlı əməliyyatlara aid deyil.

Qeyd olunub ki, yeni ümumi lisenziya ABŞ Maliyyə Nazirliyininmartın 19-da verdiyi və aprelin 11-də qüvvədən düşən əvvəlki oxşarsənədi tam əvəz edir.

Xatırladaq ki, martın 12-də ABŞ Maliyyə Nazirliyi həmintarixədək Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarınınsatışına tətbiq edilən sanksiya məhdudiyyətlərini ləğv etmişdi.

Seçilən
34
az.trend.az

1Mənbələr