AZ

ABŞ İranla barışdı - Bakıda balıq ucuzlaşdı - Reportaj

Dünya siyasətində baş verən hər bir dalğalanma, uzaq paytaxtlarda imzalanan sazişlər və ya verilən sərt bəyanatlar Bakı sakinlərinin gündəlik alış-veriş səbətinə təsir edir. Cəmi bir neçə həftə əvvəl ABŞ və İsrailin İrana qarşı hücumları neft qiymətlərini şahə qaldırmışdısa, bu gün mənzərə tamamilə fərqlidir. ABŞ və İran arasında əldə olunan atəşkəs razılığı təkcə qara qızılın qiymətini aşağı salmadı, həm də paytaxtın balıq bazarlarındakı gərginliyi aradan qaldırıb.

Bakının ən məşhur balıq mərkəzlərindən biri olan Keşlə bazarındayıq. Bir müddət əvvəl buralarda bir durğunluq və narahatlıq hökm sürürdü. İrandan gələn məhsulların azalması və qiymətlərin qəfil sıçrayışı həm satıcıları, həm də alıcıları çətin qoymuşdu. Lakin bu gün piştaxtalarda canlanma hiss olunur.
Satıcılarla söhbət zamanı məlum olur ki, logistik maneələr aradan qalxıb:

"Vəziyyət düzəlib. Malın gəlməsində problem yoxdur, bazar bir az nəfəs alıb. Əvvəl hər gün bir qiymət deyirdik, indi isə sabitlikdir," - deyə satıcılardan biri bildirir.

75abdb01-1af4-4a33-9dbb-c7c35f08fead.jpeg

İdxalın bərpası xüsusilə İran forelinin qiymətində özünü büruzə verir. Son günlərdə bu balığın qiymətində 5-7 manat arası ucuzlaşma müşahidə olunur. Ümumilikdə isə bazarda hazırkı mənzərə belədir: Norveç balığı 27 manat. Beluqa 30-45 manat olmaqla hələ də yüksək qiymətini qoruyur.
Kütüm 8-10 , xəşəm isə 12 manat təklif olnur. Yerli balıqların baha olması ovun azlığı və xərcin çoxluğu ilə izah edilir.

Çapaq 1.5–3 manat və Kefal 4–8 manat büdcəsinə qənaət edənlər üçün əsas seçimdir.
İran foreli hazırda 12–14 manata qədər enib. Müharibə günlərində 20 manata qalxmışdı.

Müşahidələr göstərir ki, bazarda "qiymət yanğını" sönüb. Əvvəlki kəskin sıçrayışlar yerini mülayim enişlərə və stabil qiymətlərə verib. İdxal məhsullarının bollaşması yerli bazarın "belini bükən" bahalaşma təzyiqini azaldıb.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
11
2
musavat.com

10Mənbələr