AZ

Maskalı şəxslər lombarda avtomobillə girərək qızıl oğurladılar

ain.az, Avtosfer saytına istinadən bildirir.

Böyük Britaniyanın Birmingem şəhərində maskalı şəxslər avtomobillə lombarda girərək qızıl məmulatlarını oğurlayıblar. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, cinayətkarlar nəqliyyat vasitəsi ilə vitrini sındıraraq ələ keçirdikləri qiymətli əşyalarla birlikdə hadisə yerindən qaçmağa çalışıblar. Lakin soyğunçulardan biri hadisə yerində olan şəxslər tərəfindən saxlanılıb. Qeyd olunur ki, polis əməkdaşları hadisə yerinə çağırışdan yalnız 15 dəqiqə sonra gəlib çıxa biliblər. Hazırda digər cinayətkarların saxlanılması istiqamətində axtarışlar davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
avtosfer.az

1Mənbələr